Nihad Hüseynov

Ağıllıma-2

İki-üç gün bundan qabaq nişanlı olduğunu eşitdim. Gələn ayda da toyun olacağını. Bunu eşidəndə bir az duyğulandım. Amma evləndiyinin kim olduğunu biləndə,az da olsa sevindim.Olacaqları fikirləşəndə dəli olmamaq əldə deyil. Bilmirəm,buna sevgi deyirlər nə deyirlər,amma dəlilik özünü göstərir. Nəysə...
    Deməli,Ağıllım. Üniversitetin 4-cü kursunda oxuyuram. AXCP-nin üzvüyəm. Siyasi hakimiyyətlə mübarizə aparıram. Necə deyərlər,dövlətlə dövlətçilik edirəm. Məhz bu səbəbə görə bu sesiyada imatahanlara buraxmırlar. Necə olacaq,heç özüm də bilmirəm.  Bütün günüm bu cür işlərlə keçir. Çoxlu kitab oxumağa çalışıram,edirəm. Hər dəqiqəm səni düşünməklə keçməsə belə,hər saniyə xəyallarımı bəzəyirsən.Bu arada çox üzsə belə,çox vaxt yaxşıdır. Hər an sənin qayıdacağın fikri ilə yaşamışam. Düzü,etiraf etməliyəm ki,bunun üçün heç nə etməmişəm. Bununla belə, çox istəmişəm mənim olasan. Yaxın dostlara səndən danışıram hərdən. Hamı deyir,get olan bitəni de. Amma heç kim bilmir ki,istəmədiyin bir şeyi etməni heç vaxt istməmişəm,istəmədiyim mən olsam belə. Tək sən bəs edirsən ki, yaşayam. Tək sənin varlığın,sənin xoşbəxtliyin. Mənim sevindiyim bir şey də var ki,mənə dedyin axırıncı söz doğru imiş. Ayrılmaq üçün bəhanə kimi anlayırdım. "Mənim gələciymlə bağlı qərarı mən yox,mənim böyüklərim verdi" və "Bibimqızı da deyir,yada getsən heç kim sənə yiyə durmayacaq". Təşəkkür edirəm sənə. Bunları oxuyanlar içində təkcə sən anlayassan yazdıqlarımı. Amma mənim dediyim bir söz sənin lap xətrinə dəymişdi. "Anana de bağışlasın,qızının adını çıxardığım üçün". Burda pis heç nə görmürəm. Səni sevdim,birlikdə olduq və axıra kimi baş tutmadı. Məhz buna görə demişdim. Nə bilim eee Ağıllım. Evlənirsən də artıq,nə deyə bilərəm ki?! Allah xoşbəxt eləsin. Bundan başqa söz tapa bilmirəm deyim. Dilucu demədiyimi sən yaxşı bilirsən. Xoşbəxt olacağına heç kim inandıra bilməz məni. Səhv anlama,amma ürəyimdən keçəni deyirəm. Onunla(yazmaq istəmirəm) xoşbəxtliyini təsəvvür edə bilmirəm. Ona görə yox ki,onunla yola getməyəcəksən. Ona görə ki,sən ailə basqılarına dözə bilmədin. Kor mental dəyərləri öz xoşbəxtliyindən üstün tutdun. Öz istəyinlə olmadığını yaxşı bilirəm. Onu da bilirəm ki,başqa şansın da yox idi. Amma günahı məndə görmə və çalış xoşbəxt ol. Çünki əks halda qarğışların olduğunu ,sənin üzüldüyünü bilə-bilə yaşamaq istəmirəm. Bu günlərdə anladım ki,mən səni sevmirmişəm. Sevməyi sevirmişəm. Kimisə sevməyi yox,sevməyi sevmişəm. Səni də yox. Ən qüsursuz cinayət,kiminsə yaşama sevincini öldürməkdir. Sən mənim yaşama sevincimi öldürmüsən. Sən istəsən də istəməsən də biz görüşəcəyik. Üzümə baxmağa yer saxla. Sənin evlənməyinin qarşısın alan deyiləm,buna vicdanım əl verməz.
Xoşbəxt ol,Ağıllım. Bu xoşbəxtliyi başqasında dadsan belə, xoşbəxt ol. Övladlarına yaxşı Ana ol. Məni unutmağa çalışma,bacarmayacaqsan. Toyunda görüşənədək...
DAVAMI
 

Sol axaylar...


Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.

Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.

Statistika

Dünyada 2-8% solaxay yaşayır. 90-91% insan normal, qalanları isə ambidekserdir. Bu cür insanlar hər iki əli ilə də normal işləyirlər.
Solaxaylar adi insanlara nisbətən, 13-21% daha çox qazanırlar.

Solaxaylar haqqında faktlar

•Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır.
•Solaxaylıq genlə gəlir.
•Onların çoxu şizofreniyadan əziyyət çəkir.
•Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur. Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
•Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
•Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
•Solaxayların nitqində qəribəlik hiss olunur.
•Solaxay uşaqlar tərs olurlar.

İri şriftlə

Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.
•Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır.
•Osminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.
•Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
•13 avqust Beynəlxalq solaxaylar günüdür. Son 10 ildə yer üzündə solaxayların sayı 3-4 dəfə artıb.

Dünya solaxayların gözündə

Britaniyanın Birmingem Universitetinin psixoloqları bu fenomenin daha yeni bir xüsusiyyətini araşdırıblar. İnsan beyninin sağ yarımkürəsi konkret olaraq, iybilmə, rəng və görmə qabiliyyətinə cavab verir. Sol yarımkürəcik isə nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik aktiv inkişaf etdiyindən onlar həyatı obrazlı şəkildə duyurlar.
Ona görə də alimlər belə bir araşdırma aparıblar: solaxaya şəkil göstərəndə, onun beyninin sağ yarımkürəsinin fəaliyyətini siqnallar vasitəsilə zəiflədəndə, bu zaman solaxay fikrini şəkilə və onun detallarına cəmləyə bilmir.

Solaxaylar necə yaşayır?

Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır.
Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əhvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır. Əgər bu yaşda uşaq danışmağa başlamırsa, demək, dislaliya (səsi eşidə bilməmək) və ya alaliya (3 yaşından sonra danışmaq) baş verir. Əksər hallarda isə solaxaylar uzun müddət uşaq yaşlarında olduğu kimi danışmağa davam edirlər. Bu da psixi pozğunluq ucbatından baş verir.

Solaxaylar az yaşayır?

Deyirlər ki, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Solaxaylar daha ağıllı olurlar?

ABŞ-ın Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.

Test
Bəlkə sən də solaxaysan?

•Əllərini «Napaleon» kimi çarpazlaşdır. Əgər sağ əlin üstdədirsə və vəziyyəti dəyişəndə narahatlıq hiss edirsənsə, demək, narahat olmağa dəyər.
•Fikrini cəmləyəndə hansı əl yuxarıda olur?
•Qarşınıza bir qələm qoyun. Ona əvvəlcə hər iki gözlə baxın. Əvvəlcə sağ gözünüzü yumub, qələmə baxın. Sonra prosesi əksinə, edin. Baxın, hansı gözünüzlə yaxşı görürsünüz. Sol? Demək, solaxaysız.
•Baş barmağının dırnağı, çeçələ barmaqdan böyükdür? Demək, solaxaysan.
•Ovuclarını bir neçə dəfə çarpazlaşdır. Hansı əlinin baş barmağı yuxarıda qalır?
•Hansı əlinin barmaqları o birindən daha böyükdür?
•Gəzəndə hansı ayaq önə atılır?

Əgər bütün bunlara «hə» cavabı verirsənsə, demək, solaxaysan.
Əgər bu prosesləri hər iki əlinlə etməyi bacarırsansa, demək, sən tam yox, bir az solaxaysan. Yəni ambidekstersən.

Əgər uşağınız solaxaydırsa?

Məsləhət 1. «6» rəqəmini yazıb, başıaşağı göstərən kimi onu «9» kimi yadında saxlasın.
Məsləhət 2. Uşağın əlinə qayçı, bıçaq verib, nəyisə sağ əli ilə kəsməyə məcbur edin. Qoy o, ayaqqabı bağını da sağ əli ilə bağlasın.
Məsləhət 3. Uşağa səhər idmanı etdirəndə, ona hərəkətləri sağ əli ilə etməsini deyin.

Məsləhət 3. Ona qarnını sağ əli ilə, saat əqrəbi istiqamətində ovxalamağı deyin. Əks hərəkət etdikdə, tənbeh edin.

Dünyanın ən tanınmış solaxayları

Makedoniyalı İskəndər, Mikelancelo, Benjamin Franklin, Ronald Reyqan, Corc Buş (böyük), Bill Klinton, Fidel Kastro, Mark Tven, Cimmi Xendriks, Pol Makkartni, Kurt Kobeyna, Çarli Çaplin, Koul Porter, Merilin Monro, Kianu Rivz, Nyuton, Albert Eynşteyn və Bill Qeyts.

Maraqlı fakt

Pol Makkartninin uşaq ikən musiqiyə həvəsli olduğunu görən atası oğluna ilk musiqi alətini — «Zenith» modelində bas-gitara alıb. Pol: «Bu mənə ən dəyərli hədiyyə idi. Amma ondan necə istifadə edəcəyimi bilmirdim. Gitaranı necə tuturdumsa, onunla çalışmağı heç cür öyrənə bilmirdim. Günlərin birində hiss etdim ki, mən solaxayam və gitaranı əks istiqamətdə tutmaq lazım idi. Bir gün Smit Uitmenin şəklini gördükdən sonra başa düşdüm ki, normal gitara mənim heç bir işimə yarımayacaq» deyən musiqiçiyə bir müddətdən sonra solaxaylar üçün xüsusi düzəldilmiş gitara hədiyyə olundu.

DAVAMI
 

Michael Dell: İçindəki səsi dinle


Gənc bir adam anasının və atasının istəyi ilə o il Texas Universitetində təhsilinə başlayacaq. Amma onun fikri avtomobilin arxa kreslosunda olan kompüterdə. Austindəki evinə köçür və ilk olaraq kompüterin içini açır və araşdırmağa başlayır. Mağazadan 3 min dollara aldığı bu kompüterin içindəki hissələrin dəyəri sadəcə 600 dollardır. Ağlından   sadəcə bu sadə sual keçir «Mən bu kompüteri istehlakçıya daha ucuz necə sata bilərəm?».
  
Dərslər başlayır və bir müddət sonra dərslərində aşağı qiymətlər almağa başlayır. BUnu bilən valideynləri bir gün ona xəbər vermədən təyyarəylə  Austinə gəlirlər. Gənc Michael hissələrə ayırdığı kompüterləri yoldaşının otağındakı vannaya doldurub pərdəylə örtür. Ailəsi evinə gəlir  və vannadakı kompüter hissələrini görən ata Michael üçün bəlkə də həyatının ən əhəmiyyətli anlarından birini yaşadır. Atası oğluna: «Bu kompüter töküntüklərini bəlkə bir tərəfə atıb artıq dərslərinlə maraqlansan ?!»
Bəli, hətta gecə yuxusuna belə girən kompüter üçün atasının istifadə etdiyi söz budur — tör-töküntü. Atası sözünə davam edir: «Artıq öz  prioritetlərini qur və həyatda nə etmək istədiyinə qərar ver.» Halbuki Michaelin bu suala cavabı çoxdan hazır idi: «IBM (International Business Machines) ilə rəqabət etmək istəyirəm.»
Bir tərəfdən də ana və atasının təhsili üçün etdiyi təzyiq, digər tərəfdən içindəki «SƏS»in ona dediyi istiqamət. Bu qərarsızlıq anında Michaelin hələ 18 yaşı var idi. Ana və atasının təkidi nəticəsində canı kimi sevdiyi kompüterləri bir kənara buraxıb, təhsilini davam etdirir. Ancaq bu sadəcə üç həftə davam edir. Sonda yenə kompüter eşqi qalib gəlir və bir daha ayrılmamaq üzrə, dağılıb parçalanmış ÇİPlərin (elektron hissə)  olduğu kompüter dəzgahına geri dönür. Ana və atasını razı  salıb məktəbdən ayrılması mümkün deyil. O səbəbdən öz qərarını özü verir. Məktəbin ilk ilini bitirir və məktəbdən ayrılır.
İçindəki səsin işarə etdiyi yolda gedən Michael Dell, bu gün dünyanın ən böyük kompüter istehsalçısı DELL şirkətinin sahibidir.
Və bu gün təkcə www.dell.com ünvanlı saytdan gündə təxminən 15 milyon dollarlıq kompüter satılır ...  

DAVAMI
 

Ağıllıma...

Bu gün mənim üçün həm çox yaxşı və çox pis gündür.Çox yaxşı gün odur ki,bu gün mitinqdir. Çox pis də odur ki, 17mart sevdiyimin ad günüdür. İndi deyəssiz ki,niyə pis olur ki? Pis orasıdır ki, indi o yanımda deyil.Pis orasıdır ki, onun ad günü belə təbrik edə bilmirəm. Pis orasdır ki, onsuzam. Onsuz hər şey pisdir mənə.
  Əfv ərizəm:
Səni itirməmə səbəb,nə mən oldum, nə də sən. Nə etdiklərim oldu, nə də etmədiklərim. Heç bilmədim nə oldu. Nə oldusa pis oldu. Yaxşı olsa indi biz birlikdə olardıq. Ola bilmədik. Bacarmadıq. Amma səni tanıdığım üçün bu həyata,bu dünyaya bir təşəkkür borcum var. Məhz sənə görə bu yaşamağa dəyər. İndi sən yoxsan buralarda,amma sənsiz deyiləm. Sən yenə də mənim AĞILLIM olaraq qalacaqsan. Yenə də sevəcəm səni. Bunu heç nə dəyişdirə bilməz. Səndən sonra çox limana lövbər saldım,bir çox qıza "eşq" elan etdim. Yalan idi. Bunu bilirdim. Edirdim. Etməməliydim.Etdim. Peşmançılığın çox çəkdim. O qızlara qarşı heç bir duyğum olmayıb. Keçici həvəs olublar. Bunu yaza bildiyimə inana bilmirəm,amma çox təəssüf belədir. Bu keçici həvəslərin də səbəbi sən olmusan. Səni unutmaq istəmişəm. Limanlara lövbər salma səbəbim sənsən. Səni unutmama da yaramadı. Yarasa bəlkə də peşman olmazdım yalançılıq etdiyim üçün. Nə bilmək olar. Yaşamadığım bir şeyi deyə bilmərəm. Həyat bəlkələrdən ibarətdir. Bəlkə deyib sevməmişdim səni. Amma sonrakı bütün mərhələlər "bəlkə" ilə davam etdi. Dəqiq olan bir şey var idi, o da Sevgimiz. Qalan hamısı təfərrüatdır. İnanma. Sənə yalan  demədiyimi düşünürəm. Bəlkə də olub. Amma olsa belə inanmıram ki, məni səndən soyutmağa səbəb olsun. Olsun. Nə olursa olsun. Zaman tez keçsin. Bəlkə biz yenə bir yerdə olduq. Bəlkə. Zamanın tez keçməsini istəmə səbəbim tez ölmək istəyimdir. Olacaq. Tez öləcəm. Bunu dəqiq bilirəm. Bəlkə də yanılıram. Dəqiq bildiyim heç nə qalmayıb deyəsən. Bəlkələrlə yaşayıram. Buna da səbəb sənsən. Görən normal həyat yaşa bilərəm mən? Səncə bu olar? Alınar məndə? Bəlkə də. Bütün bəlkələrimin bir açarı var,Sən. Həyatımın mənasızlaşmasına səbəb axtarmıram. Səbəbini bilirəm. Və buna dəydiyini düşünürəm bu səbəbin. Çox apardı məndən sənsizlik. Apardıqları olmadan yaşamağı öyrəndim. Səni düşünmədən yaşamağı öyrənə bilmədim. Hər anımda varsan. Mənsə hər anımda yox, hər an yanımda olmanı istəyirəm. Olacaqsan. Bəlkə də. Amma bəlkə də hə. Bu "hə"dir
məni yaşadan. Buna yaşamaq demək olarsa. Bilirəm ki, çox səhvlər etdiyimi düşünürsən. Qəbul edirəm. Bəlkə də etmişəm. Səni belə düşündürdüyüm üçün üzr istəyirəm səndən. Əfv et məni! Bəlkələrdən qurtar məni. Bəlkələrimin səbəbi sən. Sənin bəlkələrimə səbəb olmanın səbəbi isə sənə olan əbədi sevgimdir. DOĞUM GÜNÜ MÜBARƏK AĞILLIM!
DAVAMI
 

Adsız...


Bir neçə peşə sahibi haqda...
1.ədəbiyyətçılar
2.Teatr işçiləri
3.Rəssamlar
4.Musiqiçilər
5.Medya işşiləri
6.Dövlət işçiləri
7.Müxalifətçilər
8.......
Saydıqlarımın içində varlı da var,kasıb da var,orta təbəqə də var. Başlayaq ədəbiyyaçılardan. Belələri  müxtəlif janrlarda yazmaqla çörək pulu qazanmaqla məşğuldurlar. Belə desək qarınlarını mürəkkəblə doyduranlar. Nə qədər alınır, o qalıb Allaha...2-ci Teatr işçiləri. Teatr işçilərinin pulu teatrdan çıxdığına heç kim inandıra bilməz məni. ədəbiyyatçıların dolanışığı yazdıqlarından çıxır ona görə ki, çox az da olsa kitab oxuyanlar var. Onların kitab çap etməyə pulları varsa... Amma teatra gedənlərin sayı o qədər azdır ki,heç faizə belə gəlməz. Ona görə də  ixtisas olaraq bu sahəyə yönələn gənclərin sayı günü-gündən azalır.3.Rəssamlar. Vallahı Billahi mən gənc rəssam tanımıram. Bəlkə də günah məndədir.Gənc olmayanları da az da olsa tanıyıram. Amma onların necə pul qazandıqlarını təsəvvür edə bilmirəm. Sorry...4.Musiqiçilər. Bunların vəziyyəti nisbətən yaxşıdır.  Ne var ki? Bir dənə “ El atası” tipli bir mahnı oxudun,bəsindir. Bir də məsələ bunun başındadır ki, xalqın böyük bir hissəsi musiqini sevir. İstər bayat mahnılar,istərsə də mahnılar. Başqa bir məsələ də var. Ortaya çıxan əksər xanım musiqiçilərin sponsoru var. Anlarsınız ya))...5. Medya işçiləri də özlüyündə bir neçə hissəyə ayrılır. Televiziya işçiləri,qəzet işçiləri,radio və internet işçiləri. Radiodan heç danışmaq istmirəm. İnternet isə fərdin şəxsi seçimidir. Hansı saytı oxuyursan oxu. İlham Əliyevin bir sözü var: Bizdə internet tam azaddır. Televiziya işçisi olmaq üçün Yapın üzvü olmalısan. Heydər Əliyevi sevməsən Televiziyada çətin işləyəsən. Müxalifətin TV kanalı olmadığı üçün AXCP-nin və ya Müsavatın ixtisasca bu səhəyə aid olan üzvləri televiziyada işləyə bilməz. Kanallarda dünyada analoqu olmayan senzura var: Müxalifətçilər vətən xayinləridir,onları xalq tanımamalıdır! Müxalifətin yanında olan 1-2 qazet var. Onlar da arası kəsilmədən əsassız ittihamlarla mühakimə olunurlar. Yüksək çinli məmurlar tez-tez haqqı yazdıqları üçün onları məhkəməyə verir. Son vaxtlar bu vəzifə deputatlara həvalə olunub. Əvəz Zeynallı buna nümunədir. Deputat Gülər Əhmədova onu məhkəməyə verib. 2 il “Azadlıqdan”məhrum edilib. Hal-hazırda həbsdədir. Öldürülənlər də var. Elmar Hüseynov,2005-ci ildə, Rafiq Tağı,2011-ci ildə amansızcasına qətlə yetirilib. 6.Dövlət işçiləri. Bunların hamıdan fərqlənən bir şeyi var ki, onlar aid olduqları idarələrdə, dövlətin qəbul etdiyi heç bir qanuna riayət etməyə bilərlər. Hakimiyyət onlara tam Azadlıq verib.  Bə deyirsiz ölkədə Azadlıq yoxdu? Belə deyib aranı qatmaq istəyirsiz? Hakimiyyətə gəlmək istəyirsiz? Hiiii?  7.Müxalifətçilər... Azərbaycanda 19 ildi mübarizə aparan insanlar. Yorulmadan,sınmadan,yollarında olan minbir maneyəyə baxmayaraq mübarizə aparan insanlar. Vicdan məhbuslarının sayı XXXX olan müxalifət. Meydanlarda xalq üçün döyülən müxalifət. Söyülən müxalifət, əzilən müxalifət. Hər cür vasitələrdən istifadə edib gözdən salınmağa çalışılan müxalifət. Xalqın yanında, hər cür qanunsuluğa qarşı cəbhə alan müxalifət.
P.S. Mənim bu bölgümə qeyri-adi baxmayın. Öz işimdir.
DAVAMI