Bir neçə peşə sahibi haqda...
1.ədəbiyyətçılar
2.Teatr işçiləri
3.Rəssamlar
4.Musiqiçilər
5.Medya işşiləri
6.Dövlət işçiləri
7.Müxalifətçilər
8.......
Saydıqlarımın içində varlı da var,kasıb da var,orta təbəqə də var. Başlayaq ədəbiyyaçılardan. Belələri müxtəlif janrlarda yazmaqla çörək pulu qazanmaqla məşğuldurlar. Belə desək qarınlarını mürəkkəblə doyduranlar. Nə qədər alınır, o qalıb Allaha...2-ci Teatr işçiləri. Teatr işçilərinin pulu teatrdan çıxdığına heç kim inandıra bilməz məni. ədəbiyyatçıların dolanışığı yazdıqlarından çıxır ona görə ki, çox az da olsa kitab oxuyanlar var. Onların kitab çap etməyə pulları varsa... Amma teatra gedənlərin sayı o qədər azdır ki,heç faizə belə gəlməz. Ona görə də ixtisas olaraq bu sahəyə yönələn gənclərin sayı günü-gündən azalır.3.Rəssamlar. Vallahı Billahi mən gənc rəssam tanımıram. Bəlkə də günah məndədir.Gənc olmayanları da az da olsa tanıyıram. Amma onların necə pul qazandıqlarını təsəvvür edə bilmirəm. Sorry...4.Musiqiçilər. Bunların vəziyyəti nisbətən yaxşıdır. Ne var ki? Bir dənə “ El atası” tipli bir mahnı oxudun,bəsindir. Bir də məsələ bunun başındadır ki, xalqın böyük bir hissəsi musiqini sevir. İstər bayat mahnılar,istərsə də mahnılar. Başqa bir məsələ də var. Ortaya çıxan əksər xanım musiqiçilərin sponsoru var. Anlarsınız ya))...5. Medya işçiləri də özlüyündə bir neçə hissəyə ayrılır. Televiziya işçiləri,qəzet işçiləri,radio və internet işçiləri. Radiodan heç danışmaq istmirəm. İnternet isə fərdin şəxsi seçimidir. Hansı saytı oxuyursan oxu. İlham Əliyevin bir sözü var: Bizdə internet tam azaddır. Televiziya işçisi olmaq üçün Yapın üzvü olmalısan. Heydər Əliyevi sevməsən Televiziyada çətin işləyəsən. Müxalifətin TV kanalı olmadığı üçün AXCP-nin və ya Müsavatın ixtisasca bu səhəyə aid olan üzvləri televiziyada işləyə bilməz. Kanallarda dünyada analoqu olmayan senzura var: Müxalifətçilər vətən xayinləridir,onları xalq tanımamalıdır! Müxalifətin yanında olan 1-2 qazet var. Onlar da arası kəsilmədən əsassız ittihamlarla mühakimə olunurlar. Yüksək çinli məmurlar tez-tez haqqı yazdıqları üçün onları məhkəməyə verir. Son vaxtlar bu vəzifə deputatlara həvalə olunub. Əvəz Zeynallı buna nümunədir. Deputat Gülər Əhmədova onu məhkəməyə verib. 2 il “Azadlıqdan”məhrum edilib. Hal-hazırda həbsdədir. Öldürülənlər də var. Elmar Hüseynov,2005-ci ildə, Rafiq Tağı,2011-ci ildə amansızcasına qətlə yetirilib. 6.Dövlət işçiləri. Bunların hamıdan fərqlənən bir şeyi var ki, onlar aid olduqları idarələrdə, dövlətin qəbul etdiyi heç bir qanuna riayət etməyə bilərlər. Hakimiyyət onlara tam Azadlıq verib. Bə deyirsiz ölkədə Azadlıq yoxdu? Belə deyib aranı qatmaq istəyirsiz? Hakimiyyətə gəlmək istəyirsiz? Hiiii? 7.Müxalifətçilər... Azərbaycanda 19 ildi mübarizə aparan insanlar. Yorulmadan,sınmadan,yollarında olan minbir maneyəyə baxmayaraq mübarizə aparan insanlar. Vicdan məhbuslarının sayı XXXX olan müxalifət. Meydanlarda xalq üçün döyülən müxalifət. Söyülən müxalifət, əzilən müxalifət. Hər cür vasitələrdən istifadə edib gözdən salınmağa çalışılan müxalifət. Xalqın yanında, hər cür qanunsuluğa qarşı cəbhə alan müxalifət.
P.S. Mənim bu bölgümə qeyri-adi baxmayın. Öz işimdir.
0 yorum:
Yorum Gönder