Azərbaycan Bütöv yoxsa...?


Azərbaycan tarixən böyük parçalanmalara məruz qalmış bir ölkədir. Bu parçalanamaladra əziyyət çəkən xalqdır. Böyük ayrılıqlara gətirən parçalanmalar. Ümumi götürəndə Ayrılıqlarda unutmaq bir az çətin məsələdir. Yəni şəxsi ayrılıqlarda. İstər iki, bir-birini sevən insan, istər ata-anasında ayrı düşən insan. Amma mən deyən ayrılıqda unutqanlıq var və bu düşünən insanları narahat edir.
 19-cu əsrdə  Azərbaycan xalqı, bizim əsrlərdir düşmənimiz olan, ruslar və farslar tərəfindən ayrı  salınıb və bu ayrılıq hələ də davam edir. Tərixən bu ayrılığı aradan qaldırmaq istəyən insanlar olub və çox mühüm işlər görüblər. Mənim diqqətinizə çatdırmaq istədiyim bir xalqın 35milyonunun 9milyonla ayrı düşməsidir. İlk baxışda asan səslənən bu Ayrılıq, çox ağır və dözülməzdir. Tarixən baş verənləri təkrarçılıq edib yazmaq istəmirəm. Bu gün nələr baş verir? O tayda və bu tayda…
Bu tayda 1988-ci ildə başlayan Milli Azadlıq Hərakatı, 1991-ci ildə qazanılan Müstəqillik və 1993-cü ildə yenidən bu günkü rejim tərəfindən işğal. Və 20 ildir ki mübarizə aparan insanlar…
O tayda isə burdakı kimi rejimlərin dəyişməsi və bunun kimi bir sıra məsələlər. Bəs o taylı bu taylı bu qədər baş verən mühüm hadisələrə baxmayaraq niyə ayrılıq var? Hamı tərəfindən qəhrəman kimi adlandırılan insanlar olub və indi də var. Niyə heç biri nəyəsə nail olmayıb? Onlar bir tərəfə, bəs biz nə etməliyik? Bütövlüyümüzü istəməliyik ya yox? Bu Ayrılığa dözməliyik ya yox?
Mənim demək istədiyim odur ki, biz birləşməkçün nəsə etməliyik. Kimdənsə nəsə kömək gözləmək gecdir və utopyadır. Bu gün Təbrizdə və bir sıra şəhərlərdə mübarizə gedir. Kifayət qədər  vicdan məhbusu var. "Özümü Azərbaycanın bütövlüyü üçün qurban verməyə hazıram və ancaq bu məsələlərlə məşğulam" deyənlər orda vicdan məhbusu olanların adlarını belə bilmirlər. Gəlin ən axırıncıların bioqrafiyalarını yazım.
Əfşin Şahbazi Təbriz Universitetinin tələbəsidir. O, türk dili müəllimi kimi tələbələr tərəfindən yaradılmış kurslarda dərs deyib. Yanvarın 23-də Təbrizdə tutulub.
Təbriz Universitetinin daha bir tələbəsi, türk dili tədrisçisi Ruzbeh Səadəti yanvarın 24-də Miyana şəhərində tutulub.
Təbriz Universitetinin məzunu, azərbaycanlı fəal kimi təqdim olunan Məhəmməd Əhədi də yanvarın 24-də Miyanada tutulub.
Azərbaycan Tanıtım Ocağının keçmiş katibi Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-də Təbriz şəhərində tutulub.
Onların  Azərbaycan türkcəsini öyrətdiklərinə görə həbs olunublar. O tayda olduğu kimi bu tayın da vicdan məhbusları var. Son 20ildən çoxdur ki, bu xalqı VİCDAN MƏHBUSLARI YAŞADIR.

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: Azərbaycan Bütöv yoxsa...? Müəllif: Turkqan Tarix: 18 Şubat 2012 Cumartesi Şərhlər: 2 şərh şərh olundu: Azərbaycan Bütöv yoxsa...?
 

2 yorum:

  1. O tay bu tay hər zaman ürək də və düşüncə də bir olub və bir qalacaq.Bizim dərdimizi orda tanıtmağa sizdən bizim xahişimizdir.Yaşasın Bütöv Azərbaycan.

    YanıtlayınSil
  2. o tay bu tay birləşməli. bununçün nə lazımsa etməyə hazırıq

    YanıtlayınSil