Ağıllıma-2

İki-üç gün bundan qabaq nişanlı olduğunu eşitdim. Gələn ayda da toyun olacağını. Bunu eşidəndə bir az duyğulandım. Amma evləndiyinin kim olduğunu biləndə,az da olsa sevindim.Olacaqları fikirləşəndə dəli olmamaq əldə deyil. Bilmirəm,buna sevgi deyirlər nə deyirlər,amma dəlilik özünü göstərir. Nəysə...
    Deməli,Ağıllım. Üniversitetin 4-cü kursunda oxuyuram. AXCP-nin üzvüyəm. Siyasi hakimiyyətlə mübarizə aparıram. Necə deyərlər,dövlətlə dövlətçilik edirəm. Məhz bu səbəbə görə bu sesiyada imatahanlara buraxmırlar. Necə olacaq,heç özüm də bilmirəm.  Bütün günüm bu cür işlərlə keçir. Çoxlu kitab oxumağa çalışıram,edirəm. Hər dəqiqəm səni düşünməklə keçməsə belə,hər saniyə xəyallarımı bəzəyirsən.Bu arada çox üzsə belə,çox vaxt yaxşıdır. Hər an sənin qayıdacağın fikri ilə yaşamışam. Düzü,etiraf etməliyəm ki,bunun üçün heç nə etməmişəm. Bununla belə, çox istəmişəm mənim olasan. Yaxın dostlara səndən danışıram hərdən. Hamı deyir,get olan bitəni de. Amma heç kim bilmir ki,istəmədiyin bir şeyi etməni heç vaxt istməmişəm,istəmədiyim mən olsam belə. Tək sən bəs edirsən ki, yaşayam. Tək sənin varlığın,sənin xoşbəxtliyin. Mənim sevindiyim bir şey də var ki,mənə dedyin axırıncı söz doğru imiş. Ayrılmaq üçün bəhanə kimi anlayırdım. "Mənim gələciymlə bağlı qərarı mən yox,mənim böyüklərim verdi" və "Bibimqızı da deyir,yada getsən heç kim sənə yiyə durmayacaq". Təşəkkür edirəm sənə. Bunları oxuyanlar içində təkcə sən anlayassan yazdıqlarımı. Amma mənim dediyim bir söz sənin lap xətrinə dəymişdi. "Anana de bağışlasın,qızının adını çıxardığım üçün". Burda pis heç nə görmürəm. Səni sevdim,birlikdə olduq və axıra kimi baş tutmadı. Məhz buna görə demişdim. Nə bilim eee Ağıllım. Evlənirsən də artıq,nə deyə bilərəm ki?! Allah xoşbəxt eləsin. Bundan başqa söz tapa bilmirəm deyim. Dilucu demədiyimi sən yaxşı bilirsən. Xoşbəxt olacağına heç kim inandıra bilməz məni. Səhv anlama,amma ürəyimdən keçəni deyirəm. Onunla(yazmaq istəmirəm) xoşbəxtliyini təsəvvür edə bilmirəm. Ona görə yox ki,onunla yola getməyəcəksən. Ona görə ki,sən ailə basqılarına dözə bilmədin. Kor mental dəyərləri öz xoşbəxtliyindən üstün tutdun. Öz istəyinlə olmadığını yaxşı bilirəm. Onu da bilirəm ki,başqa şansın da yox idi. Amma günahı məndə görmə və çalış xoşbəxt ol. Çünki əks halda qarğışların olduğunu ,sənin üzüldüyünü bilə-bilə yaşamaq istəmirəm. Bu günlərdə anladım ki,mən səni sevmirmişəm. Sevməyi sevirmişəm. Kimisə sevməyi yox,sevməyi sevmişəm. Səni də yox. Ən qüsursuz cinayət,kiminsə yaşama sevincini öldürməkdir. Sən mənim yaşama sevincimi öldürmüsən. Sən istəsən də istəməsən də biz görüşəcəyik. Üzümə baxmağa yer saxla. Sənin evlənməyinin qarşısın alan deyiləm,buna vicdanım əl verməz.
Xoşbəxt ol,Ağıllım. Bu xoşbəxtliyi başqasında dadsan belə, xoşbəxt ol. Övladlarına yaxşı Ana ol. Məni unutmağa çalışma,bacarmayacaqsan. Toyunda görüşənədək...

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: Ağıllıma-2 Müəllif: Turkqan Tarix: 2 Haziran 2012 Cumartesi Şərhlər: 0 şərh şərh olundu: Ağıllıma-2
 

0 yorum:

Yorum Gönder