Stefan Sveyq Dünənin Dünyası kitabından çıxara bildiklərim.

Kitabın "19-cu əsrdə məktəb" deyə başlayan hissəsi mənə çox təsir elədi. Sveyq bu kitabda öz heyatından behs edib. Öz dilindən yazıb. Məhz buna görə kitabı oxumaq mənə həzz verdi. Və bu kitabdan özüm üçün çox şey götürdüm.
Bayaq adını çəkdiyim hissədə niyə təsirləndim? Orda Sveyq məktəb həyatını monoton, ruhsuz və soyuq deyə təsvir edir. Həttə həmin illərdə şən və xoşbəxt anı olmadığını da deyir. Dediyinə görə  onu hirsləndirən şey də xüsusilə insan sevgisindən uzaq,şəxsiyyətsiz və kazarmadakına bənzəyən davranışlar idi. Bunu belə izah edirdi: "Hələ bir müəllim də olmadı ki bizdən nə istədiyimizi soruşsun. Bu tədris qurumunun boğuculuğuna görə müəllimlərimi də cavabdeh hesab edə bilmərəm. Nə despot,nə də yardım edən dostdular,əksinə, dövlətin tərtib etdiyi tədris proqramına,sxematikliyə kölə kimi bağlı, "vəzifələrini" yerinə yetirməyə məhkum olan zavallılardır."  Amma Sveyq və onun kimi düşünən sinifyoldaşları məktəbdənkənar dünyada min cür həyacanla dolu şəhərdə yaşadıqlarını yaxşı anlayırdılar. Və həyacandan kenarda qalmaq deyə bir fikirləri yoxdu.Teatrları,müzeyləri,kitab evləri,üniversiteti,musiqisiylə hər gün yenilənən bir şəhər. Və belə də edirlər. Sadalanan bütün sahələrlə yaxından maraqlanırlar. Bu o demək deyil ki, onlar məktəbə yox məktəbdənkənar həyata adoptasiya olundular və savadlana bilmədilər. Yox, hər iki heyata yaxşı uyğunlaşdılar.
Gəlin 19 əsrdə avropanın mədəniyyət mərkzi sayılan Vyana ilə "analoqu olmayan inkişafı olan Azərbaycan"la müqayisə edək. Sveyqin dediklərinə istinad etsək vurğulanan o monotonluqda o ruhsuluqda  bir o qədər də fərq yoxdur 19 əsr Vyanası ilə 21 əsr Azərbaycanı arasında.Bəs məktəbdənkənar? Sveyq və o dövrün insanları sırf mədəniyyətlə bağlı bütün sahələrlə maraqlanırdılar. Bizdə isə tam əksinə.Məktəbdə ala bilinəcək "təhsil"dən heç danışmıram. Məktəbdənkənar həyat bizdə demək olar ki, sırf bir insanın quldur kimi,oğru kimi yetişməsi üçün əvəzedilməz mühitdir.Bizdə çayxanaya,kafelərə,barlara olan maraq kitab evlərinə olan maraqdan qatqat üstündür.Heç kitabxanaların yerlərini belə bilmir gənclərimiz. Nə təhsil var,nə də sosyal həyat. İndi ortaya bir şey cıxır. Sveyq və o dönəmin gəncləri məktəbdə yaxşı təhsil ala bilirdilər. Onların istədiyi isə təkcə bu deyildi. Bununla yanaşı dünya görüşlərini də artırmaq istəyirdilər. Həmin dövrün hakimiyyəti Avstriyada bunu istəmirdi. Gəncləri siyasi ictimai proseslərdən uzaq tutmaq idi istədikləri. Bizdə də eyni,bəlkə də daha ağır  sistem qurulub. Səbəb eynidir. Səbəbdən çıxış yolu da var. Ki mümkün deyil olmasın. 

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: Stefan Sveyq Dünənin Dünyası kitabından çıxara bildiklərim. Müəllif: Turkqan Tarix: 6 Şubat 2012 Pazartesi Şərhlər: 0 şərh şərh olundu: Stefan Sveyq Dünənin Dünyası kitabından çıxara bildiklərim.
 

0 yorum:

Yorum Gönder