Cəbhə irsi...

Fevral ayının 23 AXCP Gənclər Komitəsi olaraq bir tədbir keçirtdik.Tədbirin adı "92-93-də gəlmişdiz də, nə etdiz?" idi. Tədbirdə,o dönəmin Səbail İcra Hakimi Həsən Kərimov və Səbail İcra Hakimiyyətinin iqtisad şöbəsinin müdiri Rövşən Quliyev dəvət olunmuşdu. Gənclərin əksəriyyət təşkil etdiyi tədbirdə Həsən Bəy və Rövşən Bəy, həmin vaxtlarda,hakimiyyətdə olduqları vaxtlarda nə olub bitdiyini tədbir iştirakşılarının diqqətinə çatdırırdılar. Əlqərəz...
 Həsən Bəylə tədbirdən sonra xeyli söhbət etməyə imkan oldu, Əbülfəz Qurbanlı,Dadaş Sadiqli, İslam Şıxəlizadə və Mən. Bizim yaxşı söhbətimiz alındı. Əbülfəz bəy, Həsən Bəyə deyəndə ki, bizə Bəydən danış, söhbət daha da qızışdı.Həsən Bəy,  başladı Bəy haqqında bizim bilə bilməyəcəyimiz söhbətlər etməyə.Bir maraqlı hadisə danışdı və biz dəhşətə gəldik.
Həsən Bəy: "Çörək qıtlığı baş alıb gedir' deyənlərin sayı artırdı. Mən də bilirdim ki, bu mümkün olan şey deyil. Bir gün gecə, nə vaxt ki, çörək mağazalara gəlir, düşdüm ta Bayıldan üzü "Torqovu"ya tərəf bütün mağazaları gəzdim və bir-bir hər mağazaya nə qədər çörək gəlib yazdım. "Torqovu"ya gələndə gördüm ki, uzaqdan bir nəfər gəlir və o yerişindən mənə tanış gəldi. Yaxınlaşanda gördüm ki, rəhmətlik Elçibəy. Həm də tək.Sən demə O da mənim kimi, bütün mağazaları yoxlayırmış."
Sonradan üstü açılıb ki, bir qrup şəxs səhərlər mağazalardakı çörəyi alıb məhv edirmiş müxtəlif yollarla.
Bunu danışanda biz dəhşətə gəldik.
AXI NECƏ OLUR Kİ, PREZİDENT VƏ İCRA HAKİMİ GECƏNİN BİR YARISI ÇÖRƏK PROBLEMİNİ HƏLL ETMƏK ÜÇÜN MAĞAZALARI TƏFTİŞ EDƏR?
Bu hadisə inanmıram ki, dünyanın hansısa bir ölkəsində olsun. Hətta, tarixən belə bir hadisə mən, şəxsən, nə eşitmişəm, nə də oxumuşam.
Test üsulu ilə imtahanlar birinci dəfə Cəbhə hakimiyyəti dövründə başlayıb. O zaman, test vərəqələrini doldurmaq üçün xüsusi olaraq Türkiyədən qələmlər və vərəqlər gətizdirilib. Həmin test vərəqlərində əlavələr və ya düzəlişlər etməyin tam olaraq qarşısını alırdı. Sonradan indiki rejim gəldi və həmin qayda ləğv oldu.
 İlk dəfə dövlət sənədlərini komputerlərin yaddaşına həmin dövrdə yerləşdirilib. 1992-ci ildə Səbail İcra Hakmiyyıtində olub bu. Əsasən şikayətlər yazılıb və bu onlara çox kömək edirmiş, vətəndaşla ünsiyyəti daha yaxşı səviyyədə saxlamaq üçün.
Ordan evə gəldim və internetdə belə bir məlumat oxudum."Azərbaycanın birinci xanımı parlamentdə" başlıqlı yazı...
Hələ Spiker də onu müşaiyət edib, belə də bir cümlə var idi. Orda ürək dolusu danışılan bir hadisə... Və xalq bunu "görmür". Xalqın gördüyü çox şey var və onu dilə gətirmir. Sadəcə AzTv-nin təsirinə düşüb ağıllarına gələni deyirlər. Amma təklikdə olan söhbətlərdə hami Cəbhəni sevdiyini və bir daha hakimiyyətə gəlməli olduğunu deyirlər. Çünki xalqa heç görmədikləri Azadlığı vermişdilər. Bu Azadlığı dadan hər bir kəs bir daha istəyir. Və biz AXCP olaraq bunu Uca Xalqımıza tezliklə daddıracıq!

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: Cəbhə irsi... Müəllif: Turkqan Tarix: 24 Şubat 2012 Cuma Şərhlər: 0 şərh şərh olundu: Cəbhə irsi...
 

0 yorum:

Yorum Gönder