İNSAN TALEYİ


İnsanın formalasmasinda təhsil mühüm yer  tutur.Cəmiyyətdə savadlı insanların çoxluxu vacib məsələdir.Savada yiyələnmək  baxçadan başlayır  məktəb universitetlə davam edir.Gəlin baxaq görək bizim gələcəyimiz necə formalaşır?!
Baxçalar
Kifayət qədər baxça var.Amma baxçalarda ``verilən``bilik beynəlxalq standartlara ``cavab verir``))).Baxçaların əksəriyyəti pulludur.Özüdə fantastik rəqəmlərlə.Ucuz qiymətə də baxçalar var amma bunlara baxça demək olarsa.Bu cür baxçalara valideynlər haqlı olaraq uşaqlarını etibar etmirlər.Niyə?Çünki ucuz baxçalarda vəziyyət elə gundədir ki, heç ora Efiopyadaki acliqdan,susuzluqdan əziyyət çəkə uşaqlar da girməz. Aylıqları fantastik rəqəmlər olan baxçalarda da bir dənə də olsun sadə vətəndaşların uşaqları yoxdur təbii olaraq.Valideynlərin bu aylıqları ödəmək ehtimalı belə yoxdur.Ödəmək qalsın bir tərəfə burdakı ayliqlari onlar heç maaş kimi də ala bimirlər.Bu cür baxçalarda ancaq yüksək rütbəli məmurlarin uşaqları ilkin biliyə yiyələnir.Bəs qalan uşaqlar?Bu sual heç kimi maraqlandırmır.
Orta məktəblər
Orta məktəblərdə restavrasiya işləri gedir.Təhsil ocaqları yenilənir.ƏLA.Bəs verilən təhsil?Baxçalardan fərqli deyil.Məktəblərdə də təhsilin səviyyəsi sıfırın altındadır.Valideyn bilmir məktəblərdə yığılan rüşvəti necə versin.Amma nə olur olsun verməlidir.Axı uşağın sinifdəki ``BLAT``məsəlsi təhsildən daha vacibdir.Rüşvət verə-verə məktəbi bitirən yeniyetmə nə etsin?!Ona başa salan yoxdur axı ay bala sən təhsil almalısan,savada yiyələnməlisən,əks-təqdirdə sən ya fəhlə olacaqsan ya da fırıldaqçılıqla məşğul olmalısan.Bir təhər məktəbi bitirir.universitetə sənəd verir.İmtahandan kəsilir.Axı savad yoxdur.Valideyn fikirləşir ki nə etsin? Gedir ordan-burdan borc alır ki,Rüşvət versin universitetə qoysun balasını.Bunu uşağının gələcəyini üçün etmir,bunu ``filankəsin oğlu kəsildi`` deyilməsin deyə edir.
Üniversitet
Uşaq 1-ci kursda baxır ətrafına görür ki,hərə öz kefindədir.Baxır,başa düşür ki,onun yeri universitet yox qul bazarıdır.Ya da gedib oğurluq edib dolanmalıdır.Amma qəlbindəki vicdan onu qoymur bunu etməyə.Daxili diskusiya başlayır. Vicdanı sızlayır ki,mən niyə belə oldum?Mənim taleyim niyə belə acıdır?Mənim bu günüm niyə belədir?Və mənim gələcəyim necə olacaq?Bunların niyə baş verdiyini düşünür.Və bunların səbəbi və səbəbkarı kimdir?Zəmanənin günahkar olduğunu düşünür.Sonra fikirləşir ki,zəmanə demir axı get fəhlə ol!Yenə daxili diskusuya onu depresiyaya sürükləyir.Axırda başa düşür ki,bunların səbəkarı atası və ölkə rəhbərliyidir.Atasını ona görə günahlandırır ki,onu bunlar haqda məlumatlandırmayıb.Ölkə rəhbərliyini də ona görə günahlandırır ki,bütün bunların başında onlar durur.Rəhbərliyin əlindədir axı rüşvət olmasın. Təhsilsizliyinin olmaması Təhsil Nazirliyi ilə bağlıdır.Nazirlikdə oturanların da məqsədinin onun kimi minlərlə gəncin savadsız böyüməsi olduğunu şüurlu şəkildə anlayır və hiss edir.Nazirliyin də bu gündə olmasının səbəbi də məhz Nazirlikdən yuxarı strukturların niyyətidir.
Axırda dözmür və özünü öldürmək istəyir.Gözünə anası və atası gəlir.Amma daxili diskusiyanın yaratdığı depresiya ana,ata sevgisinə qalib gəlir.Gedir oxuduğu məktəbə və öz sinifində özünü asır.Cibindən bir kağız parçası tapılır.Kağızda yalnız bir cümlə var.``Ölümümə səbəb bu sinifdir``!

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: İNSAN TALEYİ Müəllif: Turkqan Tarix: 14 Kasım 2011 Pazartesi Şərhlər: 0 şərh şərh olundu: İNSAN TALEYİ
 

0 yorum:

Yorum Gönder