Ağıllıma...

Bu gün mənim üçün həm çox yaxşı və çox pis gündür.Çox yaxşı gün odur ki,bu gün mitinqdir. Çox pis də odur ki, 17mart sevdiyimin ad günüdür. İndi deyəssiz ki,niyə pis olur ki? Pis orasıdır ki, indi o yanımda deyil.Pis orasıdır ki, onun ad günü belə təbrik edə bilmirəm. Pis orasdır ki, onsuzam. Onsuz hər şey pisdir mənə.
  Əfv ərizəm:
Səni itirməmə səbəb,nə mən oldum, nə də sən. Nə etdiklərim oldu, nə də etmədiklərim. Heç bilmədim nə oldu. Nə oldusa pis oldu. Yaxşı olsa indi biz birlikdə olardıq. Ola bilmədik. Bacarmadıq. Amma səni tanıdığım üçün bu həyata,bu dünyaya bir təşəkkür borcum var. Məhz sənə görə bu yaşamağa dəyər. İndi sən yoxsan buralarda,amma sənsiz deyiləm. Sən yenə də mənim AĞILLIM olaraq qalacaqsan. Yenə də sevəcəm səni. Bunu heç nə dəyişdirə bilməz. Səndən sonra çox limana lövbər saldım,bir çox qıza "eşq" elan etdim. Yalan idi. Bunu bilirdim. Edirdim. Etməməliydim.Etdim. Peşmançılığın çox çəkdim. O qızlara qarşı heç bir duyğum olmayıb. Keçici həvəs olublar. Bunu yaza bildiyimə inana bilmirəm,amma çox təəssüf belədir. Bu keçici həvəslərin də səbəbi sən olmusan. Səni unutmaq istəmişəm. Limanlara lövbər salma səbəbim sənsən. Səni unutmama da yaramadı. Yarasa bəlkə də peşman olmazdım yalançılıq etdiyim üçün. Nə bilmək olar. Yaşamadığım bir şeyi deyə bilmərəm. Həyat bəlkələrdən ibarətdir. Bəlkə deyib sevməmişdim səni. Amma sonrakı bütün mərhələlər "bəlkə" ilə davam etdi. Dəqiq olan bir şey var idi, o da Sevgimiz. Qalan hamısı təfərrüatdır. İnanma. Sənə yalan  demədiyimi düşünürəm. Bəlkə də olub. Amma olsa belə inanmıram ki, məni səndən soyutmağa səbəb olsun. Olsun. Nə olursa olsun. Zaman tez keçsin. Bəlkə biz yenə bir yerdə olduq. Bəlkə. Zamanın tez keçməsini istəmə səbəbim tez ölmək istəyimdir. Olacaq. Tez öləcəm. Bunu dəqiq bilirəm. Bəlkə də yanılıram. Dəqiq bildiyim heç nə qalmayıb deyəsən. Bəlkələrlə yaşayıram. Buna da səbəb sənsən. Görən normal həyat yaşa bilərəm mən? Səncə bu olar? Alınar məndə? Bəlkə də. Bütün bəlkələrimin bir açarı var,Sən. Həyatımın mənasızlaşmasına səbəb axtarmıram. Səbəbini bilirəm. Və buna dəydiyini düşünürəm bu səbəbin. Çox apardı məndən sənsizlik. Apardıqları olmadan yaşamağı öyrəndim. Səni düşünmədən yaşamağı öyrənə bilmədim. Hər anımda varsan. Mənsə hər anımda yox, hər an yanımda olmanı istəyirəm. Olacaqsan. Bəlkə də. Amma bəlkə də hə. Bu "hə"dir
məni yaşadan. Buna yaşamaq demək olarsa. Bilirəm ki, çox səhvlər etdiyimi düşünürsən. Qəbul edirəm. Bəlkə də etmişəm. Səni belə düşündürdüyüm üçün üzr istəyirəm səndən. Əfv et məni! Bəlkələrdən qurtar məni. Bəlkələrimin səbəbi sən. Sənin bəlkələrimə səbəb olmanın səbəbi isə sənə olan əbədi sevgimdir. DOĞUM GÜNÜ MÜBARƏK AĞILLIM!

Admin: Turkqan ~ Yazı haqqında

Yazının adı: Ağıllıma... Müəllif: Turkqan Tarix: 16 Mart 2012 Cuma Şərhlər: 0 şərh şərh olundu: Ağıllıma...
 

0 yorum:

Yorum Gönderme